Deputatlara qadağa qoyulmalıdır - Ekspertdən təklif
Parlament üzvləri nə üçün seçicilərin ödədiyi vergi hesabına biznes klassdan istifadə etməlidir? Deputatların biznes deyil, ekonom klassda uçması büdcəyə qənaət edilməsi yollarından biri olmaqla eyni zamanda psixoloji əhəmiyyəti var. Seçkili orqanda təmsil olunanların vergi ödəyicilərinin pulu hesabından onlardan ayrı, biznes klassdan istifadə etməsi həmçinin diskriminativ xarakter daşıyır”.
İqtisadçı bildirib ki, 2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün 22 milyon 694 min 934 manat ayrılacaq:
“Parlamentin bu il ezamiyyə xərcləri 1 milyon 110 min manat olacaq. Nəqliyyat xidmətləri haqqının ödənilməsi xərcləri 637 min 362 manat, digər nəqliyyat xidmətləri xərcləri isə 270 min manat nəzərdə tutulub. Bundan başqa, nəqliyyat vasitələrinin alınmasına 225 min manat, digər maşın və avadanlıqlara 405 min manat, yanacaq və sürtgü materiallarının alınmasına isə 637 min 362 manat ödəniləcək.
Bu rəqəmlər dövlət büdcəsinin ümümi xərcləri ilə müqayisədə kiçik görünsə də heç də xırda vəsaitlər deyillər. Eyni zamanda, əgər qənaət rejimidirsə o zaman hər manata bütün idarəetmə qurumlarında qənaət etmək lazımdır. Parlament üzvlərinin bir dönəm üçün 5 il müddətinə seçildiyini nəzərə aldıqda biznes klassı ekonom klassa dəyişmək bu müddətdə miyonlarla qənaət demək olacaq”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


