Qalmaqallı qanun layihəsi yenidən gündəmdə

Qalmaqallı qanun layihəsi yenidən gündəmdə
  29 Mart 2016    Oxunub:2719
““Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi cəmiyyət üçün çox maraqlıdır. Qəbula gələn insanların da böyük bir qismi bununla bağlı müraciət edirlər”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri qeyd edib ki, sözügedən qanun layihəsinin qəbul olunması çox vacibdir: “Hazırda bu qanun üzərində iş aparılır və növbəti iclaslarda müzakirəyə çıxarılacaq. Qanun layihəsini rəy üçün bir neçə quruma göndərmişik. Artıq 4 dövlət orqanından rəy təklifi almışıq. Bunlar Gənclər və İdman nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsidir. Onların bu qanun layihəsi ilə bağlı iradları çox cüzidir. Daha iki dövlət orqanından rəy aldıqdan sonra qanun layihəsini komitə iclasında müzakirəyə çıxaracayıq”,-deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirələr zamanı qalmaqala səbəb olmuşdu.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti