Cəmil Həsənli Milli Şuradan istefa verib?

Cəmil Həsənli Milli Şuradan istefa verib?
  29 Mart 2016    Oxunub:5863
Cəmil Həsənlinin Milli Şuradan istefa verməsi haqda xəbərlər yayılıb.
Məlumata görə, Cəmil Həsənli istefa ərizəsini yazaraq Milli Şuradan getdiyini bəyan edib. KİV-də yayılan xəbərə görə, AXCP sədri Əli Kərimli onu bu fikrindən daşındıram niyyətindədir.

Cəmil Həsənlinin istefa verməsinə səbəb kimi onun xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində iştirak etməsi və bundan sonra Milli Şurada cərəyan edən neqativ proseslər göstərilir.

Qeyd edilib ki, Cəmil Həsənlinin İbrahimbəyovun yas mərasiminə qatılması başda Əli Kərimli olmaqla Milli Şurada kəskin etirazlara səbəb olub. Bu etirazlar sosial şəbəkələrdə kəskin hal alıb. Əli Kərimlinin göstərişi ilə Cəmil Həsənli ilə bağlı kampanya başladılıb. Bir-birinin ardınca mənfi şərhlər, statuslar yazılaraq MŞ sədri sosial şəbəkələrdə aşağılanıb. Bu səbəbdən C.Həsənli Milli Şuradan getmək qərarına gəlib.

Milli Şuranın adının mətbuatda çəkilməsini istəməyən üzvu əmkdaşımıza bu xəbərin doğru olduğunu deyib. Həmin şəxs bildirib ki, Cəmil Həsənli faktiki olaraq sərdlikdən gedib, sadəcə bu məlumat ictiamiləşməsin deyə gizlədilir.

“Cəmil Həsənli Milli Şura sədri vəzifəsindən istefa vermək istədiyini bildirib. AXCP sədrinin xahişi ilə o, bu qərarı mətbuata açıqlamayacağına söz verib. Milli Şura çox güman ki, dağılaraq yeni formatda fəaliyyətini davam etdirəcək. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır”,-deyə MŞ üzvü vurğulayıb.

AzVision.az Cəmil Həsənlinin istefa verməsi haqda xəbəri dəqiqləşdirmək üçün Milli Şura sədrinin özü ilə əlaqə saxlayıb.

C.Həsənli “Milli Şuradan istefa verməniz haqda xəbərlər yayılıb. Bu doğrudurmu?” sualına belə cavab verib:

“Kim nə istəyir yazır. Mənim üçün bunlar maraqlı deyil. Milli Şurada qalacağam, yaxud istefa verəcəyəm, bunlar mənə aid məsələdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti