Gömrükdən siqaret keçirmək istədi, saxlanıldı

Gömrükdən siqaret keçirmək istədi, saxlanıldı
  29 Mart 2016    Oxunub:2586
Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycanın aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib.

Həmin avtomobildən Belarus və Gürcüstanın aksiz markaları ilə markalanan külli miqdarda “NZ”, “Marlboro”, “Pirveli”, “Parliament”, “Kent”, “Corset”, “Winston” adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:






Xəbər lenti