SOCAR-dan açıqlama: “Bizdə pulla işə düzəlmək olmur”

SOCAR-dan açıqlama: “Bizdə pulla işə düzəlmək olmur”
  15 İyul 2013    Oxunub:1134
ARDNŞ-də dələduzluq halı aşkarlanıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Şirkətin rəsmi facebook səhifəsində bildirilib.

SOCAR-ın əməkdaşı N.Əhmədov vətəndaşdan pul alaraq onu işə düzəldəcəyinə söz verib. Aydın məsələdir ki, onu işə düzəltməyib, heç düzəldə də bilməzdi, heç fikri də olmayıb.

Müəyyən vaxt keçdikdən sonra vətəndaş işlə bağlı maraqlananda ona yalandan işin düzəlir deyərək ona binaya buraxılış üçün saxta vərəqə verir. Vətəndaş həmin buraxılışla SOCAR-ın əsas binasına işə gələn zaman təhlükəsizlik işçiləri tərəfindən saxlanılır.
Sorğu zamanı hadisəni olduğu kimi danışır.

Bu hadisəni post edirik ki, hamı oxusun və heç kim belə dələduzlara inanmasın. SOCAR-da pulla işə düzəlmək olmur.

Hazırda müvafiq hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır.

AzVision.az



Teqlər:  





Xəbər lenti