Professor təyyarəni qaçırdı, bəs deputatlarımız nə ilə uçacaq?

Professor təyyarəni qaçırdı, bəs deputatlarımız nə ilə uçacaq?
  30 Mart 2016    Oxunub:3112
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 29-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

ABŞ-da atışma - Konqresin binası bağlandı

ABŞ-da parlament binasının (Konqres) yaxınlığında atışma olub.

***

`İnsanlar Marsda yaşayacaq` - Houkinqdən qorxulu proqnoz

Britaniyalı astrofizik Stiven Houkinq bəyan edib ki, yaxın 100 ildə insanlar Marsda məskunlaşacaqlar.

***

İlham Əliyev Sarkisyanla görüşməyəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır.



Bakı polisinin balaca maşını - FOTOLAR

Bakı bulvarında xidmət çəkən polislərə yeni avtomobillər verilib.

***

Yağış Bakını bu hala saldı - FOTOLAR (VİDEO)

Aramsız yağış paytaxt yollarında problemlər yaradıb. Yağış Bakının bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic edib.

***

Sayımız necə dəyişib? - İNFOQRAFİKA

Son 100 ildə Azərbaycan əhalisinin say dinamikası necə olub?

***

Azərbaycan ailəsi ən çox nəyə pul xərcləyir?

Bu ilin yanvar-fevral aylarında rzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 %, qeyri-ərzaq məhsulları isə 3,0 % artıb.

***

`Kababın dadı hələ də damağımdadır` - Silvester Stallone

Dünya kinosunun ən məşhur simaları Silvester Stallone, Al Paçino və Arnold Şvatsneqer gizlicə İstanbula gəliblər.

***

Nazirlərin xalqla görüşü - Kim, nə vaxt?

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.

***

Nalbandyan Sarkisyanın prezident postunu əlindən alır

Ermənistanın diplomatik dairələrində 2018-ci ildə ölkə prezidenti postunu hazırki xarici işlər naziri Edvard Nalbandyanın tutacağı haqda xəbərlər yayılıb.



Dünyanın diqqəti ABŞ-da: Prezidentin səfəri nə vəd edir?

Dünyanın diqqəti ABŞ-ın paytaxtı Vaşinqtona yönəlib. Buna səbəb 31 mart-1 aprel tarixlərində bu ölkədə IV Nüvə Təhlükəsizliyi Sammitinin keçirilməsidir.

***

Təyyarəni qaçıran professor imiş – Hədəf Türkiyə olub (VİDEO)

“EgyptAir” şirkətinin məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.

***

130 köçkündən 184 min aldı - Həkimin fırıldağı

Vətəndaşları aldadan səhiyyə işçisinin qanunsuz əməlləri ifşa edilib.

***

Bakıda bütün sahibsiz itlər axtalanacaq
Bakının Qaradağ rayonunda sahibsiz itlər üçün sığınacaq tikiləcək.

***

Narkomanlar məcburi müalicə olunacaq

Azərbaycanda inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomanlıq xəstəliyinə düçar olan şəxslər psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər.

***

Zakir Həsənov polkovniki işdən niyə çıxardı? - RƏSMİ

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov tutduğu vəzifədən azad olunub.

***

İlham Əliyevdən yeni müavin təyinatı

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəziəsinə yeni təyinat olub.

***
`Hər şey o qadınla bağlıdır` – Prezidentdən açıqlama

Kipr prezidenti Nikos Anastasiadis Misirdən qaçırılan təyyarə ilə bağlı gözlənilməz açıqlama verib.

***

Gürcüstanda eynicinsli nikahlar leqallaşır

Gürcüstanda eynicinsli nikahlarla bağlı referendumun keçirilməsi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.



Saatların çəkilməməsi səhhətimizə necə təsir edir?

Azərbaycanın yay vaxtına keçiddən imtina etməsi insanlarda bir sıra narahatlıqlar yaradıb. Həkimlərin dediyi kimi vaxt dəyişkənliyi insanlara həm fiziki , həm də psixoloji cəhətdən təsirsiz ötüşməyib.

***

Bankların bayramı qara gəldi - Hər gün 15 milyon ziyan

Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün qeyri-iş gününün olması ölkə iqtisadiyyatına ziyansız ötüşməyib.

***

TQDK: 100-ə yaxın məzun adını da yaza bilmir

Azərbaycanda keçirilən buraxılış imtahanlarında iştirak edənlər arasında oxuyub-yazmağı bilməyənlər də var.

***

Pilot təyyarədən belə qaçdı - VİDEO

Terrorçu tərəfindən qaçırılan “Airbus A320” təyyarəsinin pilotlarından biri kabinənin pəncərəsindən çıxaraq qaça bilib.

***

Prezidentdən yeni təyinatlar - Sərəncam

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər vəzifələrinə təyinatlar olub.

***

Nazirliyin rayon şöbələri ləğv edildi - SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

***

Azərbaycanlıya BP-də yüksək vəzifə verilir

BP şirkətinin hazırda “Çıraq” və “Dərinsulu Günəşli” sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev bu ilin iyunun 15-dən "BP-Azərbaijan" şirkətin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunacaq.

***

DSMF ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi ölkəmizdə əhalinin sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsinə yönəlib.

***

Bakıdan 21 avroluq uçuşla bağlı Açıqlama

Bu gün Azərbaycanın internet məkanında ən çox müzakirə olunan məsələ turizm şirkətlərindən birinin AZAL-ın bir müddət əvvəl yaradılmış AZALJET loukosterinin həyata keçirdiyi reyslərə 21 avrodan başlayan qiymətləri təklif etməsidir.

***

Nardaranda əməliyyat: Cinayətkar dəstə tutuldu

Nardaranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

***

Deputatlar xaricə nə ilə uçsunlar? - Qalmaqallı təklifə cavab

İqtisadçı Vüqar Bayramov millət vəkillərinin xarici səfərləri ilə bağlı maraqlı təklif irəli sürüb. Ekspertin sözlərinə görə, deputatların dövlət büdcəsi hesabına baş tutan xarici səfərləri biznes klassla yox, ekonom klassla həyata keçirilməlidir. İqtisadçının bu təklifi deputatlar tərəfindən birmənalı qarşılanmayıb.



Bakıda ev qiymətinə məzar daşları - VİDEO

Rəhmətə gedən yaxınlarına bəzən külli miqdarda pul xərcləyib məzar daşı qoyurlar. Hətta büstlər ya da heykəllər. Bu barədə çox deyib, danışmışıq. Bu dəfə məzar daşlarının qiymətindən və bu qiymətlərin necə müəyyən edilməsindən söhbət açacağıq.

***

DSX-nın 4 generalı istefaya göndərilib? - Rəsmi açıqlama

Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.

***

Yeni yaradılan quruma baş icraçı direktor təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasına yeni təyinatla bağlı sərəncam imzalayıb.

***

Almaniyadan Türkiyəyə qarşı təxribat: Səfir XİN-ə çağırıldı

Rəsmi Ankara Almaniyaya kəskin etirazını bildirib. Buna səbəb Almaniyada fəaliyyət göstərən “NDR” televiziya kanalının Türkiyə əleyhinə reportaj hazırlamasıdır.

***

Belçikadan terrora dəstək - VİDEO

Belçikanın paytaxtı Brüsseldə PKK terror təşkilatına məxsus çadrın qurulmasına icazə verilib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  






Xəbər lenti