Mərkəzi Bank `qara siyahı`nı yenilədi

Mərkəzi Bank `qara siyahı`nı yenilədi
  30 Mart 2016    Oxunub:1927
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib.
Xidmətdən bildirilib ki, siyahıya Səudiyyə Ərəbistanı və Qətər vətəndaşı olan, 1980-ci il təvəllüdlü Nayef Salam Muhammad Ujaym Al-Hababinin adı əlavə edilib.

Xatırladaq ki, AMB siyahısını Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycanın qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yeniləyir.

AzVision.az


Teqlər:






Xəbər lenti