Dinozavrları ağcaqanadlar qırıb – Yeni kəşf

Dinozavrları ağcaqanadlar qırıb – Yeni kəşf
  30 Mart 2016    Oxunub:3815
Amerikalı araşdırmaçı Corc Poynar dinozavrların nəslinin kəsilməsilə bağlı yeni versiya irəli sürüb. Onun fikrincə, nəhəng kələzlərin məhvinə səbəb ağcaqanadlar olublar.
AzVision.az xəbər verir ki, “American Entomologist” jurnalında dərc olunan məqalədə Poynar son tapıntılara söykənərək, 100 milyon il bundan əvvəl də ağcaqanadların və gənələrin malyariya xəstəliyi yaydığını əsaslandırıb.

Alim bunu daşlamış qədim kəhrəba parçalarının içində tapılmış ağcaqanad qalıqlarını öyrənməklə müəyyən edib .

- Əlbəttə, dinozavrların məhv olmasına başqa səbəblər də təsirini göstərib: vulkanlar və asteroid zərbəsi kimi. Amma bu hadisələrə qədər də dinozavrların sayı azala-azala gedirdi. Buna da səbəb həşəratların yaydığı patogen xəstəliklər olub,- deyə alim bildirib.

Güman edilir ki, 15-8 min il bundan əvvəl insan populyasiyasının kəskin azalmasının səbəblərindən biri də malyariya olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti