Milli Məclis 21 məsələyə baxacaq

Milli Məclis 21 məsələyə baxacaq
  30 Mart 2016    Oxunub:1916
Milli Məclisin aprelin 5-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, iclasda 21 məsələyə baxılacaq.

O qeyd edib ki, iclasda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinləniləcək.

Həmçinin iclasda Cinayət, İnzibati Xətalar, Mülkü, Torpaq məcəllələri, eyni zamanda "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "İnzibati icraat haqqında", "Sığorta fəaliyyəti haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycanda vərəmlə mübarizə haqqında", "Hemofiliya, talassemiya, irsi qan xəstələliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" kimi qanunlara dəyişiklik edilməsi müzakirə olunacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti