“Nizami dünyasının rəngləri” başa çatdı
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupu və Azərbaycanın İtaliyadakı səfirliyi sərginin təşkilində yaxından iştirak edib, Azərbaycan-İtaliya Cəmiyyəti layihənin informasiya dəstəyini öz üzərinə götürüb.
Təqdimat mərasimində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva Romada keçirilən tədbir barədə ətraflı məlumat verib, sərgidə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarının və Azərbaycan parlamentinin üzvlərinin iştirakından danışıb, İtaliya mədəniyyət xadimlərinin tədbirə xüsusi maraq göstərdiyini vurğulayıb.
Layihə barədə Azərbaycan və İtaliya mətbuat orqanlarında dərc edilmiş yazılar, habelə sərgiyə dair sənədli film nümayiş olunub.
Sonra sərginin iştirakçısı olan gənc rəssamlar - Şəhla Qəhrəmanlı, Nərminə Vəliyeva və Günay Həsənova çıxış edərək İtaliya təssüratlarını bölüşüb, layihənin reallaşmasına yardımçı olan bütün qurumlara təşəkkür ediblər.
Məlumat üçün bildirək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl Amerika Birləşmiş Ştatlarında və Almaniyada da Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği ilə əlaqədar sərgilər təşkil edib.
Teqlər: