Rüfət Aslanlı hədəflərini açıqladı - Nəzarət Palatasının ilk iclası
O, kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirəcək Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısında duran hədəflər barədə məlumat verib. Sədr Azərbaycanda müasir, qabaqcıl, mütərəqqi Avropa standartlarına uyğun olan maliyyə nəzarəti orqanı və maliyyə sektorunun formalaşmasının əsas hədəflər sırasına daxil olduğunu bildirib.
R. Aslanlı Palatanın nəzarət mühitinə daxil olan sektorlar üzrə problemlərin dərinliyinin və miqyasının diaqnostika edilməsi, bu sahələr üzrə müvafiq strategiya və taktikaların müəyyən olunması istiqamətində tapşırıqlarını verib.
AzVision.az