Somalidə ölən azərbaycanlının kimliyi araşdırılır

Somalidə ölən azərbaycanlının kimliyi araşdırılır
  31 Mart 2016    Oxunub:1498
Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır.
Bu barədə AzVision.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib".

H.Hacıyev deyib ki, Azərbaycanın Ankaradakı səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır: "Biz də həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti