Ötən gün nə ilə yadda qaldı? - Xronika

Ötən gün nə ilə yadda qaldı? - Xronika
  31 Mart 2016    Oxunub:2205
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 30-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

ABŞ-dan kritik qərar: hərbçi ailələri Türkiyədən çıxarılır

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (SecDef) Türkiyədə xidmət edən bütün amerikalı əsgər ailələrini təhlükəsizlik səbəblərindən ölkəni tərk etməyə çağırıb.

***

Kamran Həsənli ifşa ediləcək - Dələduzluq ittihamı

Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar özünə vəkil tutub.

***

Azərbaycanda hamilələr üçün real təhlükə

Azərbaycanda bu gün də bəzi mama-ginekoloqlar tərəfindən hamilə qadınlara lazımsız, effektsizliyi çoxdan sübut olunmuş, təbabətdə işlənilməyən, istifadəsi həm qadın, həm də sonradan uşaq üçün problemlər yarada bilən dərmanlar təyin edilir.

***

İzabel Santos: `Azərbaycan pozitiv addım atdı`

ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos və ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılması qərarını alqışlayıb.

***

Rusiyada daha bir təyyarə qəzası - VİDEO

Rusiyada hərbi-təlim uçuşu həyata keçirən “Su-25” tipli təyyarə Primorsk diyarında yerləşən Çerniqovka aeroportunda eniş edən zaman qəzaya uğrayıb.

***

Bakıda tarixi bina sökülür - Nazirlik nə deyir?

Mədəniyyət və Turizm Nazirliyi paytaxtın “Sovetski” adlanan ərazisində yerləşən 3 əsrə malik tarixi binanın sökülməsi ilə bağlı sakinlərin iradlarına aydınlıq gətirib.

***

ABŞ polisi qayçıya görə gənc qadını güllələdi – VİDEO

ABŞ-ın Arizona ştatının Uinslo şəhərində polis 27 yaşlı qadını onu qayçı ilə hədələdiyinə görə güllələyib.

***

Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol

Azərbaycan əsilli gənc futbolçu Renat Dadaşovun möhtəşəm oyunu Almaniya böyük əks-səda doğurub. Son günlər onunla bağlı Almaniya KİV-lərində maraqlı məlumatlar dərc edilir.

***

Putin Azərbaycana görə məmurları danladı

Rusiya prezidenti Vladimir Putin Nijniy Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasını keçirib.



Nazirdən dərman firmaları ilə bağlı qadağa - FOTO

Səhiyyə Nazirliyi dərman firmaları ilə həkimlərin gizli işbirliyinə son qoymaq üçün qadağa tətbiq edib.

***

`O sirlərin çoxu mənimlə gedəcək` - Şeyxdən etiraf

“Ermənilər dünyanın harasında olurlarsa olsunlar, özlərini yazıq göstərirlər və bunun altında öz məkrli niyyətlərini həyata keçirmək üçün çirkin işlər görürlər". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

***

`ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir` - XİN

`Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir`.

***

Səfər İmanova cinayət işi açıldı - 170 minlik rüşvət olayı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbərinə qarşı cinayət işi başlanıb.

***

Əkrəm Əylisli aeroporta münaqişə yaradıb - DİN

Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib.

***

`Banklar iş adamlarının başına oyun açır` - Deputat

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

***

Bakıda evlənənlər azalır, boşananlar artır

Daxili İşlər Nazirliyinə Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən 2015-ci ildə Bakı şəhərində daimi yaşamaq üçün 5463 nəfər gələn, 5562 nəfər isə gedən qeydə alınıb.

***

`Hektarlarla torpağı zəbt ediblər` - Parlamentdə müzakirə

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.



`İndi dava edən vaxtım deyil` - DYP polkovniki

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib.

***

Dollar 1 manat 50 qəpik olacaq - Ekspert rəyi

“Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir”. Bunu iqtisadçı ekspert Samir Əliyev deyib/

***

İlhamə Quliyevanın mirası: 4 ev, 2 bağ, “İnfiniti”, “Limuzin” və...
Fevralın 25-də yaşadığı mənzildə qəflətən dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın 40 mərasiminə bir neçə gün qalıb. Aprelin 4-də baş tutacaq 40 mərasimindən öncə mərhumənin vəkili Elmira Məmmədova bir çox qaranlıq məqamlardan danışıb.

***

Nazir islahatlardan danışdı: `Ciddi ixtisarlar olmayacaq`

Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyan rayonunda vətəndaşları qəbul edib.

***

Dinozavrları ağcaqanadlar qırıb – Yeni kəşf

Amerikalı araşdırmaçı Corc Poynar dinozavrların nəslinin kəsilməsilə bağlı yeni versiya irəli sürüb. Onun fikrincə, nəhəng kələzlərin məhvinə səbəb ağcaqanadlar olublar.

***

Banklar çətin durumda - 11 milyard pul bata bilər

Rəsmi məlumata görə, Azərbaycanda 1,3 milyarda yaxın problemli kredit var. Ekspertlərin fikrincə, valyuta siyasətində ciddi dəyişiklik olmasa problemli kreditlərin sayı daha da arta bilər. Bu baxımdan banklar ciddi maliyyə problemi yaşayırlar.

***

Əmək qabiliyyəti 15 yaşdan hesablanacaq

Milli Məclisnin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

***

Məşhur müğənninin bankda 200 min dolları batıb

“Üç il əvvəl bağlanmış “Royal Bank”da 200 min dollar əmanətim batıb”. Bunu əməkdar artist Yaqub Zurufçu deyib.

***

Rus turistlər Azərbaycana axın edir - Nazir müavini

"Novruz bayramı ərəfəsində Azərbaycana gələn iranlı turistlərlə bağlı bizdə dəqiq statistika yoxdur. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib və yaxın günlərdə cavab veriləcək". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

***

Nazir və ailəsi təyyarə qəzasında ölüb

Kanadanın Madlen adalarında kiçik mühərrikli təyyarə əlverişsiz hava şəraitinə görə yerə çırpılıb.



“Gül bayramı”na hazırlıq başladı - FOTOLAR

Bakıda mayda keçiriləcək “Gül bayramı”na hazırlıq işləri artıq indidən başlayıb.

***

Bakıda otellər Gürcüstandan 3-4 dəfə ucuzdur - Rəsmi

“Nazirliyin elə bir səlahiyyəti yoxdur ki, hansısa bir şirkət, hotel və ya restoranın qiymətini aşağı salsın. Çünki Azərbaycanda bu sahədə sərbəst bazar şəraiti mövcuddur". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə turizm qiymətlərinin yüksək olması haqda fikirlərə münasibət bildirərkən deyib.

***

17 illik qanun dəyişir - İşçi qrupu yaradıldı

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Turizm haqqında" qanun layihəsinin ilkin müzakirəsi təşkil olunub.

***

Rüfət Aslanlı hədəflərini açıqladı - Nəzarət Palatasının ilk iclası

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ilk iclası keçirilib.

***

Yerli mallar vergidən azad oluna bilər

“Bəzi yerli istehsal olan malların vergi rüsumundan azad olunması, vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmişik”. Bu sözləri martın 30-da Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə “Gömrük islahatları, yeniliklər və perspektivlər” mövzusunda işgüzar görüşü zamanı DGK-nın sədri deyib.

***

Ramil Usubovdan yeni rəis təyinatları

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

***

Bakıda manyak peyda olub - Ehtiyatlı olun

Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyak peyda olub.



Prezidentin tarixi ABŞ səfəri başladı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfər edib.

***

Heç kim yalan danışa bilməyəcək - Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə “Personalın poliqrafda (yalan detektorunda) yoxlanması” mövzusunda peşəkar xidmət fəaliyyətə başlayıb.

***

Leyla Əliyeva Hacı Nuranla görüşdü - FOTOLAR

Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış teleaparıcı Hacı Nuranla görüşüb.

***

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir - QƏRAR

Ukrayna Ali Radasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərar qəbul edilib.

***

Putin ABŞ-a niyə getmədi? - İki fərqli cavab

Rusiya rəsmiləri prezident Vladimir Putinin Vaşinqtonda keçiriləcək nüvə sammitindən imtinasının səbəbini açıqlayıb.

***

`Rusiya bütün dünya üçün təhlükədir` - Nazir

Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond Rusiyanın bütün dünya üçün təhlükəli olduğunu bildirib.



Əliyev Kerri ilə Qarabağı müzakirə edib - (VİDEO+FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

***

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

“ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Havay ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

***

Leyla Əliyeva talassemiyalı uşaqlara baş çəkib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 30-da Talassemiya Mərkəzində olub.

***

`Biz ABŞ-la yaxın tərəfdaşıq` - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti