Somalidə ölən azərbaycanlı Fətullah Gülənçi imiş - Yeni faktlar (FOTO)

Somalidə ölən azərbaycanlı Fətullah Gülənçi imiş - Yeni faktlar (FOTO)
  31 Mart 2016    Oxunub:14420
Xəbər verdiyimiz kimi, Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı həlak olub, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır yaralanıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Kəmalə İsmayılova bir neçə il öncə ailəsi ilə birlikdə Türkiyəyə köçərək, orada müəllimlik fəaliyyəti ilə məşğul olmağa başlayıb.

K.İsmayılova bir müddət İraqda, daha sonra Somaliyə köçərək fəaliyyətini davam etdirib. O, Somalidə uşaqları ilə yaşayırmış, həyat yoldaşı Əflatun İsmayılov tərcüməçi işlədiyindən Somaliyə köçə bilməyib.

“Kəmalə Somalidə türk məktəbində müəlliməlik edirdi. O, Mingəçevirdə böyüyüb, Göyçaya gəlin köçmüşdü. Həyat yoldaşı Əflatun xəbəri eşidən kimi şok keçirib. Onu xəstəxanaya yerləşdiriblər. Biz isə hazırda Kəmalənin nəşinin ölkəyə gətiriləməsi ilə bağlı müvafiq oraqnalara müraciət etmişik”,-deyə qohumları AzVision.az-a bildirib.

Əldə etdiyimiz digər məlumata görə, Azərbaycan vətəndaşı olan Kəmalə İsmayılova Somalidə Fətulla Gülən camaatına məxsus məktəbdə çalışırmış. Həlak olan azərbaycanlının nurçu təriqətinə qulluq etdiyi bildirilir.



Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda silahlı şəxslərin məktəbli avtobusuna hücumu nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub.

Hadisə zamanı bir neçə nəfər yaralanıb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  






Xəbər lenti