`Kasıb ailələr daha möhkəm olur` - Hadi Rəcəbli

`Kasıb ailələr daha möhkəm olur` - Hadi Rəcəbli
  31 Mart 2016    Oxunub:3109
“Gənc ailələrin boşanması üzücü haldır. Rəsmi qurumlar tərəfindən açıqlanan statistika xoş təsir bağışlamr. Boşanmaların səbəbi araşdırılmalı, bu halların qarşısının alınması üçün ciddi addımlar atılmalıdır”.
Bu fikirləri AzVision.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Millət vəkilinin sözlərinə, ailələrin dağılmasını maddi durumla əlaqələndirmək düzgün deyil: “Boşanmaları maddi durumla bağlamaq yalnışdır. Bu məsələlərə sosial rifahın təsir etdiyi fikrinin əleyhinəyəm. Vaxtilə kasıb ailələr daha möhkəm olurdu. Bizim ata-analarımız necə olub? O baxımdan bu fikrin tamamilə əleyhinəyəm. Boşanmaların səbəbi daha çox şəxsi konfliktlərdən yaranır. Son zamanlar sosial şəbəkələr də boşanma hallarının artmasına səbəb olur. Çox təəssüf ki, bu hallar danılmazdır. Gənc ailələr çox vaxt bir-birilərini anlamırlar, kiçik mübahisələr ayrılığa gətirib çıxarır. Əvvəllər isə belə deyildi. Boşanmalarda belə rəqəmlərin olması hər birimizi düşündürür”.

Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən Azərbaycan hər ay orta hesabla 1000-ə yaxın ailə dağılır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti