Özəl klinikaların cəriməsi artdı

Özəl klinikaların cəriməsi artdı
  22 Fevral 2013    Oxunub:2057
Milli Məclisin 22 fevral iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Dəyişiklik lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur.
Məlumata görə, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdisə, indi cərimə 2 min manatdan 3 min manata qədər olacaq. Vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.
(Mediaforum)


Teqlər:





Xəbər lenti