Rektorun sözlərinə görə, ölkənin turizm sektorunun yüksək səviyyədə inkişaf etməməsi buraxılan səhvlərlə bağlıdır: “Turizm sektorunda səhvlərə yol vermişik. Dənizin çəpərlənməsi, mənzərəli və turizmə xidmət edə biləcək ərazilərin zəbt olunması bizi bu günə gətirib çıxarıb. Bəzən bizdə elə təəssürat yaranır ki, turizm işini yalnız bir dövlət orqanı görməlidir. Bu məsələdə hökumətin koordinasiyalı fəaliyyəti olmalıdır. Yəni bu sahədə hökumət müvafiq olaraq qurumlarası koordinasiya şurası yaratmaldır. Qoruqların, milli parkların istifadəsi ilə bağlı çoxlu problemlər var. Bakı kimi dəniz imkanları olan şəhər ondan lazımi səviyyədə istifadə edə bilmir. Abşeron yarımadasına gələn qonaqları hara aparmaqda çətinlik çəkirik. Bu problemlər həll olunmadan biz bu qanunu qəbul etsək belə “saqqal darağı” olacaq. Həll olunması mümkün olan problemlərin həlli üçün müəyyən dövlət orqanlarına səlahiyyət verilməlidir. Qorxmadan, çəkinmədən turizmin təşfiq qanunlarına getmək lazımdır”.

Rektor qeyd edib ki, ilkin dövrdə maddi baxımdan büdcədə çətinlik yarana bilər, amma sonda bu addımlar qat-qat artıq qazanc gətirə bilər.
“Qanunsuz yoxlamalar dayandırıldıqdan sonra yeni mövsümdə turizm obyektlərinin sahibləri yersiz müdaxilələrin olmayacağına ümid edirlər. Bu günə qədər daxili turizmin bu günə qalmasına səbəblər nə olub? Mövsüm başlamamışdan gəlib sahibkarların, turizm obyektlərinin başlarının üstün kəsdirirlər ki, pul ver. Sahibkar da məcbur şəkildə ondan alınan qanunsuz pulun əvəzi kimi qiyməti artırır”-deyə C.Cəfərov vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


