63 saylı marşurut xətti ləğv olunur

63 saylı marşurut xətti ləğv olunur
  31 Mart 2016    Oxunub:2138
Marşrut xətlərində sürücülər tərəfindən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə əlaqədar, mütəmadi olaraq marşrut xətlərinin müvəqqəti istifadəçilərinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, qayda pozuntuları hələ də təkrarlanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən AzVision.az-a məlumata görə, son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada vəfat edib.

Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 1 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib. Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti 1 aprel 2016-cı il tarixindən etibarən Şəhidlər xiyabanı – Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti