Əmək qabiliyyəti 15 yaşdan hesablanmayacaq
Bura əlavə olunan “Qeyd” hissəsində isə bildirilir ki, bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür. Bu dəyişiklik “Sosial sığorta haqqında” qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb.
Yəni burada hər hansı dəyişiklikdən söhbət getmir. “Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli Konvensiyasına uyğun olaraq, hələ 1999-cu ildən əmək qabiliyyəti üçün minimum yaş dövrü 15 yaş səviyyəsində təsbit edilib. Belə ki, həmin il qəbul edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər”- deyən şöbə müdiri vurğulayıb ki, bununla yanaşı, ölkəmizin əmək qanunvericiliyinə əsasən, 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


