İmtahan cavabları sabaha qədər elan olunacaq

İmtahan cavabları sabaha qədər elan olunacaq
  16 İyul 2013    Oxunub:1289
“III qrup üzrə imtahan nəticələrinin iyulun 16-da yaxud 17-də elan olunması nəzərdə tutulur”.
AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cavabın elan olunması , cavab kartlarının və imtahan protokollarının emalının tamamlanmasından asılıdır.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti