Ərdoğan ABŞ-dan Putinə səsləndi: Gəl, barışaq

Ərdoğan ABŞ-dan Putinə səsləndi: Gəl, barışaq
  01 Aprel 2016    Oxunub:3647
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional problemlərin nizamlanması üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib.
Bu barədə AzVision.az RİA Novosti-yə istinadən xəbər verir.

“Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin Rusiya rəhbərliyinin son illər apardığı siyasətlə bağlı münasibətlərimiz təyyarənin vurulmasından hələ xeyli əvvəl pisləşməyə başlamışdı.

Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyalı həmkarımın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik”, - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Brukinsk institutunda çıxışı edərkən bildirib.

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətləri 2015-ci ilin noyabrın 24-dən sonra, Türkiyəyə məxsus təyyarənin Rusiyanın “Su-24” qırıcısını vurmasına görə pisləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti