“Memar Əcəmi”də giriş-çıxış yeri dəyişdi

“Memar Əcəmi”də giriş-çıxış yeri dəyişdi
  01 Aprel 2016    Oxunub:2205
Bu gündən başlayaraq metronun "Memar Əcəmi" stansiyasında sərnişinlərin giriş və çıxış yeri dəyişdirilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, "Memar Əcəmi" stansiyasında sərnişinlərin hərəkətini nizamlamaq üçün səhərdən etibarən metroda giriş və çıxışın yeri dəyişdirilib.

Qurum rəsmisi bildirib ki, "Memar Əcəmi" stansiyası Bakı Metropoliteninin üçüncü, "Bənövşəyi xətt"in ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2" ilə keçid stansiyasıdır.

N.Paşayev qeyd edib ki, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən "Memar Əcəmi"nin giriş və çıxış yeri dəyişdirilib.

Qeyd edək ki, yeni istifadəyə veriləcək "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının 2016-cı ilin ilk yarısında açılışı nəzərdə tutulub. Hər iki stansiyada son tamamlanma işləri gedir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti