6 yaşlı oğlunu öldürən ata - `İkinci arvad kimi almışdı...`-FOTO

 6 yaşlı oğlunu öldürən ata - `İkinci arvad kimi almışdı...`-FOTO
  01 Aprel 2016    Oxunub:9784
Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun Qırlı kəndində ata 6 yaşlı oğlunu döyərək öldürüb. Hadisə yerinə gələn həkim briqadası 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevin taxta ilə döyülərək öldürüldüyünü təsdiqləyib.
Anasının bildirdiyinə görə, 6 yaşlı Şəmsəddin atası Famil Pərvanəyev tərəfindən döyülərək öldürülüb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Şəmsəddin F.Pərvanəyevin qeyri-rəsmi nikahda yaşadığı Musayeva Jalə Qəhrəman qızından olan oğludur.

Verilən məlumata görə, F.Pərvanəyevin Jalə Musayevadan başqa bir ailəsi də var.


“Familin Qazax rayonunda ailə var. O, həyat yoldaşından boşanmadan, Jaləni aldadaraq onunla evlənib. Əvvəl hamı elə bilirdi ki, Famil subaydır. Sonradan məlum oldu ki, onun Jalədən başqa bir arvadı var.



Famil içki düşkünüdür. O, ötən gün evə içkili gəlib. Atası Şəmsəddini heç bir səbəb olmadan taxta parçası ilə döyüb. Uşağın bütün sümktləri qırıq-qırıq idi. Həkimlərin sözlərinə görə, Şəmsəddin başından aldığı zərbə nəticəsində ölüb”-deyə J.Musayevanın qohumları bildirib.

Qeyd edək ki, hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hafiz Əhmədov


Teqlər:  






Xəbər lenti