`Formula-1`ə qeydiyyat vaxtı uzadıldı
Jurnalistlər əməliyyat şirkətinin rəsmi saytına daxil olaraq onlayn qaydada akkreditasiya üçün müraciət edə və ya ehtiyac olarsa əməliyyat şirkətinin mərkəzi ofisinə yaxınlaşa bilərlər. Bunun üçün jurnalistlər (012) 404 13 83 nömrəsinə zəng edərək BŞH-nın media əməliyyatları üzrə nümayəndələri ilə əvvəlcədən görüş təyin etməlidirlər. Burada müraciət edənlərə akkreditasiya ilə bağlı ətraflı məlumat veriləcək. Həmçinin lazımi texniki dəstək göstərilərək onların qeydiyyatdan uğurla keçməsi təmin olunacaq.
Yerli media nümayəndələrinin Avropa Qran-prisi üçün qeydiyyat prosesi aprelin 5-də saat 17:00-da başa çatacaq. Həmin vaxtdan sonra edilən müraciətlər qəbul olunmayacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


