TQDK növbəti SAT imtahanı keçirəcək

TQDK növbəti SAT imtahanı keçirəcək
  01 Aprel 2016    Oxunub:1850
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il may ayının 7-də növbəti SAT imtahanını keçirəcək.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahana onlayn qaydada qeydiyyat davam edir.

8 aprel imtahanda iştirak üçün son qeydiyyat tarixidir. Əlavə ödəniş etməklə son qeydiyyat tarixi isə aprelin 26-dadır. İmtahan isə mayın 5-də keçiriləcək.
İmtahan Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M, TQDK-nın inzibati binasında baş tutacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan 08:30-da başlayacaq
İmtahana buraxılış üçün tələb olunan sənədlər sırasına buraxılış vərəqəsi (Admission Ticket), şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport (Identification document) daxildir.

AzVision.az


Teqlər:






Xəbər lenti