Müzəffər Baxışov Vəkillər Kollegiyasından xaric edildi

Müzəffər Baxışov Vəkillər Kollegiyasından xaric edildi
  01 Aprel 2016    Oxunub:3064
Vəkil Müzəffər Baxışov Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı VK-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, onunla bağlı Ali Məhkəmənin hakimi Tatyana Qoldman VK-ya şikayət edib. Bu gün VK-da vəkillə bağlı inzibati icraata baxılıb və müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, M.Baxışov 16 saylı Hüquq Məsləhətxanasında çalışıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti