FHN-lə 1 aprel zarafatı - Zəng vurub aldatdılar

FHN-lə 1 aprel zarafatı - Zəng vurub aldatdılar
  02 Aprel 2016    Oxunub:2510
Fövqəladə Hallar Nazirliyinin (FHN) Quba Yanğından Mühafizə Xidmətinin əməkdaşları 1 aprel zarafatı ilə üzləşiblər.
AzVision.az Report-a istinadən xəbər verir ki, FHN Quba Yanğından Mühafizə Xidmətinin “101” xidmətinə Quba şəhərinin Səməd Vurğun küçəsi, 73 ünvanında yanğın baş verdiyi barədə məlumat daxil olub. Dərhal qeyd olunan ünvana iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Nəticədə yanğınsöndürənlər nəinki yanğının baş verdiyi, həttə həmin küçədə belə bir ünvanın olmadığının şahidi olublar.

Eyni zamanda, bundan xəbər tutan jurnalistlər hadisəni işıqlandırmaq üçün qeyd olunan ünvana getsələr də, bunun 1 aprel zarafatından başqa bir şey olmadığını başa düşüblər.
Hazırda anonim zəng edən vətəndaşın kimliyi araşdırılır.

AzVision.az


Teqlər:  






Xəbər lenti