İki klub avrokuboklardan kənarlaşdırılıb

İki klub avrokuboklardan kənarlaşdırılıb
  02 Aprel 2016    Oxunub:1728
UEFA Bakının “İnter” komandasından başqa, Ukraynanın “Dnepr” və Rumıniyanın “Tarqu Mureş” klublarını da avrokuboklarda iştirakdan məhrum edib.

Hər iki klub bir mövsüm qitə futbol turnirlərində iştirak etməyəcək. Klublar sabiq məşqçilərə və futbolçulara borcları ödəmədiyi üçün bu cəzaya məruz qalıb. Ukrayna və Rumıniya təmsilçiləri növbəti üç avrokubok mövsümündən (2016/2017-ci, 2017/2018-ci, 2018/2019-cu illər) birində iştirak hüququndan məhrum edilib.

Xatırladaq ki, UEFA-nın qərarı ilə “İnter” klubuna da eyni cəza verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti