200-dək QHT-yə təlim keçirilib
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməsidir.
Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.
200-dək QHT-nin iştirak etdiyi təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Maliyyə Nazirliyi illik maliyyə hesabatlarının 30 gün müddətində elektron qaydada nazirliyə təqdim edilməsi barədə QHT-lərə xəbərdarlıq edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


