Xatırladaq ki, Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndində bir mülkü şəxs ölüb, bir nəfər isə yaralanıb.
Bu barədə AzVision.az-a Tərtər rayon Qarağacı kəndinin icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, məcburi köçkün Cəlal Rəhimovun idarə etdiyi avtomobil düşmən atəşinə məruz qalıb:
“Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Cəlal Rəhimovun “Vaz 2107” markalı avtomobilinin yanına mərmi düşüb. Avtomobilin içərisində olan Orxan Rəhimov partlayış nəticəsində hər iki ayağını itirib.
İcra nümayəndəsi bildirb ki, hər iki ayağını itirən O.Rəhimov xəstəxanaya aparılan zaman təcili yardım avtomobili yol qəzasına düşüb: “Orxan Rəhimov Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılan zaman təcili yardım avtomobili minik maşını ilə toqquşub. Orxan Rəhimov qəza zamanı həyatını itirib”.
Orxan Rəhimovun əmisi Cəlal Rəhimov isə ağır bədən xəsarəti alıb.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


