Polis iki silahlını həbs etdi

Polis iki silahlını həbs etdi
  02 Aprel 2016    Oxunub:2050
Azərbaycanda polis iki nəfər silahlı şəxsi zərərsizləşdirib. AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunda Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliməmmədovdan “TT” markalı tapança və 8 ədəd patron götürülüb.

Həmin gün Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Abbas Məmmədovdan “AK” markalı silah, 3 ədəd patron darağı və 231 ədəd patron götürülüb.

AzVision.az


Teqlər:






Xəbər lenti