Düşmən Şahbaz Quliyevin evini gülləbaran edib
Bu barədə AzVision.az-a Şahbaz Quliyevin əmisioğlu Manaf Quliyev məlumat verib.
Onun sözlərinə görə, erməni tərəfi ötən gecədən başlayaraq mülki şəxslərə atəş açıb:
“Şahbaz Quliyevin evi düşmən tərəfindən atəşə tutulub. Evin divarları güllə zərbəsindən dağılıb. Həmin evdə onun yaşlı anası və ailəsi yaşayır. Hələ ki, sağ-salamatıq. Atışma dayanandan sonra dəyən ziyanı dəqiq biləcəyik. Bütün kənd sakinləri ordumuzun gücünə inanır. Əsgərlərimiz ermənilərin layiqli cavabını verir”.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


