`Ermənilər dezinformasiya yayır` - Ehtiyatlı olmalıyıq

`Ermənilər dezinformasiya yayır` - Ehtiyatlı olmalıyıq
  02 Aprel 2016    Oxunub:5787
“Cəbhədəki toqquşmalardan savayı Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi həyata keçirir və bizim informasiya məkanına dezinformasiya ötürülür”.
Bu fikirləri AzVision.az-a `Atlas` Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cəbhədəki vəziyyəti şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistan düşmənimizdir, torpaqlarımızı işğal edib və buna görə o tərəfdən ötürülən xəbərlərə ciddi şübhəylə yanaşmalıyıq: “Ona görə bu dezinformasiyalara alət olmayaq, dezonformasiyalar əsasında şərhlərin verilməsi də doğru olmaz.

Təsadüfi deyil ki, cəbhə bölgəsindəki vəziyyətlə bağlı Rusiya mətbuatı da canfəşanlıq edir və xəbərlərində əsasən Ermənistan Müdafiə Nazirliyinə istinad edir. Ona görə də son dərəcə ehtiyatlı olmalıyıq.

Biz bilirik müharibə nə vaxtsa qaçılmazdır. Olacaqsa olsun, sadəcə torpaqların azad olunması haqqındakı xəbər qoy ilk olaraq Azərbaycanda yerli və xarici auditoriyaya ötürülsün. Bu mənada Azərbaycan Müdafiə Nazirliyi informasiya müharibəsində Ermənistanın öndə olmasına imkan verməməli, dezinformasiyaların Azərbaycan məkanına yayılmasının qarşısını almaq üçün çevik informasiya siyasəti həyata keçirməlidir”., - deyə E.Şahinoğlu vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti