Gömrükdən növbəti siqaret əməliyyatı
Digər əməliyyat məlumatı əsasında isə Xaçmaz şəhərindəki “Şahzadə” şadlıq sarayının qarşısında duran və Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 2102” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı isə avtomaşının yük yerindəki 3 ədəd çantadan Belarus Respublikasının aksiz markası ilə markalanan 60 min ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib.
Bundan başqa, Rusiya istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi “VAZ 21099” markalı nəqliyyat vasitəsinə baxış nəticəsində avtomaşının qapılarında üzlüyün altında gizlədilmiş 18 min 200 ədəd “NZ Gold Compact” markalı siqaretlər, eləcə də 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


