İlham Əliyevlə Lukaşenko cəbhədəki vəziyyəti müzakirə etdi

İlham Əliyevlə Lukaşenko cəbhədəki vəziyyəti müzakirə etdi
  02 Aprel 2016    Oxunub:3299
Aprelin 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Belarus Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.

Prezident İlham Əliyev Belarus Prezidentini son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.

***

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son gərginliyi müzakirə ediblər. Azərbaycan Prezidenti belaruslu həmkarını vəziyyətlə bağlı məlumatlandırıb.

Aleksandr Lukaşenko münaqişə bölgəsində yaranmış gərginlikdən narahat olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti