Müdafiə nazirləri cəbhədəki vəziyyəti müzakirə edib

Müdafiə nazirləri cəbhədəki vəziyyəti müzakirə edib
  03 Aprel 2016    Oxunub:2457
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib,

AzVision.az


Teqlər:  






Xəbər lenti