Ermənilərin növbəti təxribatı - Saxta videolar yayırlar

Ermənilərin növbəti təxribatı - Saxta videolar yayırlar
  03 Aprel 2016    Oxunub:7105
Ermənilərin internet saytlarında yaydığı həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərini və vurulmuş pilotsuz uçuş aparatının (PUA) görüntüsü saxtadır.
AzVision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu deyən polkovnik V.Dərgahlı bildirib ki, bunu videokadrlardan görmək olar.

Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir.

Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil: “Azərbaycan Ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır”.

AzVision.az


Teqlər:  






Xəbər lenti