Davudoğlu İlham Əliyevə zəng etdi

Davudoğlu İlham Əliyevə zəng etdi
  03 Aprel 2016    Oxunub:3369
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.

AzVision.az


Teqlər:






Xəbər lenti