Prezident şəhidlərin xatirəsini yad edib - Bir dəqiqəlik sükut

Prezident şəhidlərin xatirəsini yad edib - Bir dəqiqəlik sükut
  03 Aprel 2016    Oxunub:2960
Aprelin 2-də prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında cəbhə xəttində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkə başçısı şəhidlərin ailələrinə başsağlığı verib:“Allah onların qohumlarına, yaxınlarına səbr versin. Yaralılara Allahdan şəfa diləyirəm”.

Ali Baş Komandan şəhidlərin ailələrinə maddi yardım göstərilməsi üçün Nazirlər Kabinetinə göstəriş verib.

“Mən göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olan şəxslərin ailələrinə maddi yardım göstərmək üçün təkiflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, vətən uğrunda qəhrəmancasına döyüşmüş insanların təltif edilməsi üçün mənə təkliflər təqdim etsin”.

AzVision.az


Teqlər:  






Xəbər lenti