Hər il 500-dən çox müəllim təqaüdə göndərilir - AÇIQLAMA

Hər il 500-dən çox müəllim təqaüdə göndərilir - AÇIQLAMA
  16 İyul 2013    Oxunub:2907
“Hər tədris ilində 500-dən çox müəllim yaşı çatdığı üçün təqaüdə göndərilir”.
AzVision.az-a açıqlamasında bu sözləri Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli qədirov deyib. Onun sözlərinə görə, 65 yaşına çatmış müəllimlərin təqaüdə göndərilməsi hər zaman davam edir.

“65 yaşına çatan müəllim və ya məktəb direktoru müəyyən instansiyalara müraciət edirlər. Əgər bu müəllimdirsə, rayon təhsil şöbəsi ilə direktor bu məsələyə birlikdə baxır. Hər bir müəssisə üçün bir limit müəyyənləşdirilib - 2 faizlik limit. Əgər o imkan verirsə, müəllimə ehtiyac varsa və kifayət qədər dərs yükü varsa həmin müəllimlə əlavə müqavilə bağlanılır və o işini davam etdirir. Əgər belə bir imkan yoxdursa, onda onlarla müqaviləyə xitam verilir. Hazırda 65 yaşı tamam olmuş ancaq müqavilə ilə məktəbdə işləyən müəllimlərimiz limit çərçivəsində çoxdur. Ancaq hər tədris ilində biz bilirik ki, 500-dən çox müəllim yaşı çatdığı üçün təqaüdə göndərilir. Belə statistika var”-deyə, F.Qədirov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti