`Ərazilərimiz daim işğal altında qala bilməz` - PA rəsmisi
N.Məmmədov bildirib ki, Ermənistan tərəfinin təxribatlarını qəbul etməyəcəyik. PA rəsmisi vurğulayıb ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərini işğal edib, orada hərbi təlimlər keçir, Azərbaycan kəndlərini atəşə tutur: “Bu qəbuledilməzdir. Yəni burada dondurulmuş münaqişə yoxdur və münaqişə tez bir zamanda həllini tapmalıdır”.
N.Məmmədov vurğulayıb ki, ATƏT də, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox passivdirlər: “Bunun da səbəbləri var. Bir tərəfdən həmsədrlər bu prosesi öz manapoliyalarına alaraq, başqa qurumlara, hətta ölkələrə açıq mesaj göndərirlər ki, siz bu işlə məşğul olmayın, biz bu işlə məşğul oluruq. Amma məşğul olursunuzsa, olmaq lazımdır”.
PA rəsmisi deyib ki, cəbhə xəttində ermənilərin son təxribatları bir daha göstərir ki, həmsədrlərin bu günə qədər münaqişənin həlli ilə bağlı apardıqları siyasətlərində nə qədər çatışmazlıqlar var: “Bundan da istifadə edən Ermənistan tərəfi belə provakativ addımlar ataraq diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma yenə deyirəm, bizim ərazilərimiz daim işğal altında qala bilməz. Biz heç vaxt buna razı olmayacağıq. Ona görə də, Ermənistan tərəfi belə provakativ addımlardan əl çəkməlidir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


