Müdafiə Nazirliyi: Yerli KİV-lər yaxşı işləyir
V.Dərgahlı bildirib ki, aparıcı media orqanları ciddi şəkildə Silahlı Qüvvələrimiz tərəfindən əks həmlə əməliyyatlarını və erməni tərəfinin təxribatlarını ətraflı, mükəmməl və müfəssəl işıqlandırdılar:
“Həmçinin aparıcı media orqanları Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edirdilər. Çox sevindirici haldır ki, rəsmi məlumatları yaymaqla bərabər, media orqanları öz aralarında koordinasiya edərək düşmənə qarşı ümumi informasiya müharibəsinin təşkilində bir yerdə iştirak etdilər. Bu hal bizim üçün xoş oldu. Bu işdə iştirak edən hər bir jurnalistə və media orqanına öz tərəfimdən təşəkkürümü bildirirəm. Bu çox vacib idi. Qısa müddətdə vəziyyəti koordinasiya edib, bu nailiyyəti əldə etmək yaxşı idi. Media orqanları Silahlı Qüvvələrimizə dəstək oldular. Bu bizim ümumi işimizdir”-deyə nazirlik rəsmisi vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


