Nazir ermənilərin yaraladığı şagirdə baş çəkdi

Nazir ermənilərin yaraladığı şagirdə baş çəkdi
  04 Aprel 2016    Oxunub:2959
Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib.

Nazir onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.



AzVision.az


Teqlər:  






Xəbər lenti