`Hərbi əməliyyatları dayandırın` - Sergey Lebedev

`Hərbi əməliyyatları dayandırın` - Sergey Lebedev
  04 Aprel 2016    Oxunub:3702
MDB-nin İcarəyə Komitəsi ümid edir ki, Bakı və İrəvan qan tökülməsinin qarşısını alacaq və dialoqun tezliklə bərpası üçün imkanlar tapacaqlar.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə MDB İcarəyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

“Müstəqil Dövlətlər Birliyində olan ölkələr, Azərbaycan və Ermənistanın dost və tərəfdaşları ümid edirik ki, hər iki tərəf iradə göstərəcək, qan tökülməsinin qarşısını alacaq və hər iki xalqın maraqları üçün sülh dialoqunun yenidən bərpası üçün imkanlar axtarırlar”, - deyə MDB İcarəyə Komitəsinin yaydığı bəyanatda bildirilib.

O, bildirib ki, MDB-yə üzv olan bir sıra dövlətlər prezidentlər və xarici işlər nazirləri səviyyəsində azərbaycanlı və erməni həmkarlarına müraciət edərək onları hərbi əməliyyatları dayandırmaq yolunda təcili addımlar atmağa və münaqişənin sülh yolu ilə həlli axtarışlarını davam etdirməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti