Tərtərdə hazırda vəziyyət necədir? - İcra başçısından açıqlama
İcra başçısı bildirib ki, rayonda vəziyyət normaldır, şayiələrə inanmaq lazım deyil: `Panikaya düşməyə ehtiyac yoxdur və rayon əhalisinin əhval-ruhiyyəsi çox yüksəkdir`.
M.Məmmədov qeyd edib ki, ilkin araşdırmalara görə, rayonda 16 ev tamamilə dağılıb, 114 evin isə dam örtüyü, pəncərəsi, darvazası zədələnib.
“Rayonda 1 nəfər mülki vətəndaş həlak olub, 4 nəfər isə qəlpə yarası alıb. İlkin yardımdan sonra qəlpə yarası alan sakinlər evlərinə buraxılıblar”,-deyə icra başçısı vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


