`Cəbhə bölgəsində qana ehtiyac yoxdur` - Açıqlama

`Cəbhə bölgəsində qana ehtiyac yoxdur` - Açıqlama
  04 Aprel 2016    Oxunub:3339
Sosial şəbəkələrdə cəbhədəki gərginliklə bağlı yaralılara qan lazım olması haqda məlumatlar paylaşılır.
Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva AzVision.az-a açıqlamasında bildirib ki, döyüş şəraiti üçün tələb olunan qan ehtiyatı lazımınca təmin edilir. Onun sözlərinə görə, Mərkəzi Qan Bankında kifayət qədər ehtiyyat qan var, cəbhə bölgəsinə lazımi qədər, hətta artıq ehtiyyat qan da göndərilib.

“Sosial şəbəkələrdə qan verilməsi ilə bağlı yayılan elanların heç bir əsası yoxdur. Mərkəzi Qan Bankının qan ehtiyatlarının tükənmə riski olarsa, ölkə ictimaiyyətinə bununla bağlı rəsmi müraciət ünvanlanacaq, qan vermək üçün çağırış ediləcək”.

P.Hacıyeva əlvə edib ki, Mərkəzi Qan Bankından başqa heç bir xəstəxanın qan götürməyə ixtiyarı yoxdur. Onun sözlərinə görə, Mərkəzi Qan Bankı və onun 8 bölməsi- Gəncə, Sumqayıt, Quba, Bərdə, Şirvan, Şəki, Mingəçevir bölmələrində qan tədürk edə bilər. Baş həkim onu da bildirib ki, səhər saatlarından indiyə kimi 60-70 nəfərə yaxın insan qan verib:

“Qan vermək üçün çoxlu sayda insan müraciət edir. Biz onları geri qaytarmırıq. Həmişə insanları qan verməyə çağırırıq. Amma cəbhə bölgəsindən heç bir narahatlığa ehtiyac yoxdur. Bütün yaralılarımızı, əsgərlərimizi qanla təmin etmişik”,-deyə Pərvanə Hacıyeva vurğulayıb.

Mərkəzi Qan Bankının baş həkimi qeyd edib ki, cəbhədə hadisələr baş verən gün Mərkəzi Qan Bankının Bərdə bölməsindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Sarıcallı hospitalına, Naftalan hospitalına və Bərdə Rayon Xəstəxanasına kifayət qədər qan ehtiyatı göndərilib.

Aprelin 3-də Mərkəzi Qan Bankının Şəki bölməsindən hər cür ehtiyacların qarşılanması üçün cəbhə bölgələrinə yaxın xəstəxanalara lazımi qədər qan ehtiyatı göndərilib. Bərdə rayonunun sakinləri Mərkəzi Qan Bankının həmin rayonda yerləşən bölməsinə müraciət edərək qan vermək arzusunda olduqlarını bildiriblər.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti