
Bundan başqa şəhid olan Dilsuz Məmmədağa oğlu Qarayev də bu gün dəfn olunub. Ağcabədi rayonunun Hindarx qəsəbə sakini olan 1990-cı il təvəllüdlü gizir Dilsuz Qarayevin cənazəsi ötən gecə yaşadığı evə gətirilib. Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Düşmənlə döyüşlərdə həlak olmuş müddətdən artıq hərbi xidmətdə olan qulluqçu, 22 yaşlı əsgər Elmidar Səlimxan oğlu Səfərov da anadan olduğu Neftçala rayonunda dəfn edilib. Şəhid doğulduğu Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.

Eyni zamanda qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Sərxan Bağırov və Azərbaycan Ordusunun giziri, 1986-cı il təvəllüdlü Novruzov Ravil Elman oğlu da dəfn edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


