`Rusiya tərəfsiz olmalıdır` - Baş nazirin müavini
Baş nazirin müavini bildirib ki, Rusiya mətbuatında, xüsusilə onun hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində baş verən son gərginliklə bağlı birtərəfli, antiAzərbaycan mövqeyinin təbliğ olunmasının mənasını anlamır.
O, qeyd edib ki, vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır, heç olmasa, münaqişə tərəflərindən hər hansı birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir: "Amma bəzi hallarda bunun əksini görürük”.
Ə.Əhmədov əlavə edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən, Rusiya ilə münasibətlərin qorunmasında, inkişaf etdirilməsində maraqlıdır: "Digər bir tərəfdən, Rusiya Federasiyası Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan antiazərbaycan mövqeyini başa düşmək mümkün deyil".(Trend)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


