XİN Sarkisyanın atəşkəs çağırışına cavab verdi
"Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur", - deyə H.Hacıyev bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


