SOCAR Mirvari Qəhrəmanlını məhkəməyə verəcək – BƏYANAT
Bildiririk ki, ARDNŞ-yə ayrı-ayrı şəxslərdən müxtəlif səpkili çoxsaylı müraciətlər daxil olur, lakin son bir neçə il ərzində bu qəbildən olan yalnız bir müraciət daxil olub. Obyektiv araşdırılma nəticəsində müraciətdə qeyd olunan hallar öz təsdiqini tapmayıb.
Bu səbəbdən Azzərbaycan Respublikasının Dövlət Neft Şirkəti M.Qəhrəmanlıdan onda və ya onun rəhbərlik etdiyi təşkilatda müvafiq məzmunlu faktların mövcud olduğu halda, onların obyektiv araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək layiqli cəzalandırılmasını təmin etmək məqsədilə həmin sənədlərin Şirkətə və yaxud aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına rəsmi təqdim olunmasını tələb edir. Əks təqdirdə Şirkət işgüzar nüfuzunun qorunmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
AzVision.az
Teqlər: